• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 25.04.2017 12:30

Bakı sakinini tanımadığı şəxslər bıçaqladı

KepezTV Player

Qaradağ rayonunda qanlı hadisə baş verib. 29 yaşlı Elşad Baxışov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olan yaralı palataya yerləşdirilib. Hadisə barədə Qaradağ rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları xəstəxanaya gələrək Elşad Baxışovun ifadəsini alıblar. Həbsxanadan yeni çıxdığını deyən Elşad Qızıldaş qəsəbəsi ərazisində tanımadığı şəxslərin onu bıçaqladığını bildirib. Həmin şəxslər daha sonra yaralını avtomobillə Müşfiq qəsəbəsi ərazisinə gətirərək oradan uzaqlaşıblar. Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı