• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 25.04.2017 10:01

1320 at güclü hiperkar istehsalçıları indi də krossoverlə gündəmdədirlər

Şanxay avtosalonunda Çinin Nio şirkətinin yeni modeli debüt edib. Daha əvvəl 1360 at güclü EP9 hiperkarını ərsəyə gətirmiş çinlilər indi yeddi yerlik ES8 krossoverini görüntüləyiblər.  Maşının kütləvi istehsalı gələn ildən başlayacaq. Krossoverin kuzov və platforması alüminiumdandır. Uzunluğu demək olar 5 metrə çatır. Təkər bazası isə 3 metrə bərabərdir. Salonda oturma forması belədir: 2-3-2. Yenilik barədə ətraflı məlumat yoxdur. Ancaq şirkətdən elektromotor barədə xəbər sızıb. ES8 həmçinin pnevmatik asma əldə edib. İnteryerdə ön hissədə iki iri ekran quraşdırılıb. Onlardan biri alətlər paneli rolunu oynayır, digəri isə multimedia kompleksi üçün işləyir. Bunlarla yanaşı, salon tamamilə seriyalı xarakter daşıyır. Belədə krossoverin qısa zamanda konveyerə çıxacağı gümanı artır.

 

Cavanşir Məmmədzadə