• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 25.04.2017 10:02

1800 dollara betondan səs gücləndirici istehsal etdi

Səs mövzusunda adından söz etdirməyi bacaran Master & Dynamic, indi də David Adjaye ilə betondan istehsal etdiyi naqilsiz səs gücləndirici ilə gündəmə gəlib. 2014-cü ildə qurulan Master & Dynamic, istehsal etmiş olduğu premium səviyyəli qulaqlıqları ilə diqqətləri üzərinə çəkməyi bacarmışdı. MA770 adındakı bu səs gücləndirici təqdim etdiyi səs performansı ilə də adından söz etdirməyə çalışır.

16 kq ağırlığındakı qurğu yalnız boz rəngdədir.

Master & Dynamic MA770-də 3.5 mm standart daxilolma, analoq daxilolma və TOSLINK optik daxilolma kimi naqilli əlaqələrin yanında, daxili Chromecast, Bluetooth 4.1 və Wi-Fi əlaqə variantları da yer alır. Spotify, Tidal, Pandora, SoundCloud, Deezer və Google Play musiqidən birbaşa olaraq mahnıların Master & Dynamic MA770-ə çıxışını təmin etmək mümkündür. Premium keyfiyyətə sahib olan Master & Dynamic MA770-in dəyəri həddindən artıq bahadır. Firma, onun üçün 1.800 dollar qiymət etiketi təyin edib. Əgər cihazı öncədən sifariş etsəniz, 16 may tarixində ona qovuşa bilərsiniz.

 

Cavanşir Məmmədzadə