• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1786
— 24.04.2017 19:59

Yol qaydalarına düzgün əməl etməyən sürücü qəzaya səbəb olub

KepezTV Player

Paytaxtda qeydə alınan hadisə zamanı xəsarət alanlar var. Ağstafada isə qəzanın qurbanı azyaşlıdır.

Ağstafada azyaşlını maşın vurub. Yol qəzası Bakı-Qazax magistralının 463-cü kilometrliyində, rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Babaxan Kərimli idarə etdiyi ”VAZ 2106” markalı avtomobillə yolu keçən 11 yaşlı Nihat Məsiyevi vurub. Uşaq hadisə yerində həyatını itirib. Abşeron rayonu ərazisində də yol qəzası baş verib. Masazır dairəsində “KamAZ” markalı yük maşını ilə “Opel” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Opel”də olan biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ölçülər aparılıb. Qəzadan sonra “KamAZ”ın sürücüsünün hadisə yerindən qaçdığı bildirilib. İlkin ehtimala görə, qəzaya “KamAZ” markalı avtomobilin sürücüsünün dairəvi hərəkət qaydalarını pozması səbəb olub. O, dairədə yol verməli olduğu halda hərəkəti davam etdirib və nəticədə öz yolu ilə hərəkət edən “Opel”ə çırpılıb. Yararsız vəziyyətə düşən “Opel” cərimə meydançasına aparılıb. Faktlarla bağlı araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı