• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2174
— 24.04.2017 16:10

Olimpiya Hərəkatı -2017 proqramı çərçivəsində velosiped üzrə yarışlardan sonra Gəncədə basketbolun 3-ə 3 növündə də birincilik təşkil edilib

KepezTV Player

Yerli Olimpiya İdman Kompleksində baş tutan kütləvi idman tədbirində məktəblilər qüvvələrini sınayıblar. Şəhərin Nizami rayonunda yerləşən 19 məktəbin komandalarının iştirak etdiyi yarışda ilk 3 yerin sahibi müəyyənləşib. Yekun nəticələrə görə, 11 nömrəli məktəb qalib adını qazanıb. 41 nömrəli məktəb 2-ci, 18 nömrəli məktəb 3-cü yerə layiq görülüb. Qaliblərə kubok və diplom təqdim olunub. Reqlamentə əsasən, yalnız ilk pillədə yer alan komanda final mərhələsinə qatılacaq. Həlledici oyunlar gələn ay Bakıda keçiriləcək.

Rufan Bayramlı - Respublika dərəcəli hakim: "Olimpiya Hərəkatı yarışları keçən ildən başlayıb. Bu il bu yarışı təkcə Bakıda deyil, bölgələrdə də keçirdik. Bu da ona görədir ki, regionlarda da bu idman növü inkişaf etsin. Bu tipli yarışlar lazımdır ki, təbliğat olsun, uşaqlarda həvəs yaransın, onların bu idmana marağı daha da artsın. Yaxşı idmançılar da var, zəif çıxış edənlər də var. Bölgələrdə birinci dəfə keçirildiyi üçün bu təbii bir şeydir".

Orxan Cəfərzadə