• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 24.04.2017 16:05

Gəncədə tələbələrin elmi-tədqiqat işlərini və praktik məşğələlərini daha səmərəli aparmaları üçün daha bir addım atılıb

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universiteti üçün müasir tələblərə uyğun ferma inşa edilir. Baytarlıq Təbabəti və Zoo Mühəndislik fakultəsinin ərazisində yaradılan ferma 20 baş iribuynuzlu cins malların və 4 baş atın saxlanılması və yetişdirilməsi üçün nəzərdə tutulub. Quraşdırılacaq müasir avadanlıqlar və texnoloji yeniliklərin tətbiqi tələbələrin nəzəri biliklərinin praktiki vərdişlərlə uzlaşmasına imkan verəcək, savadlı mütəxəssislərin, baytar və zootexniklərin hazırlanmasına şərait yaradacaq. Qurulan ferma Kənd Təsərrüfatı Nazirliyi yanında Kreditlər və Layihələr üzrə Dövlət Agentliyi və Dünya Bankının maliyyə dəstəyi ilə inşa edilir. 

Telman İsgəndərov- ADAU-nun dekanı: “Gördüyünüz kimi fermanın içərisində tədris otağı da inşa edilib. Həmin tədris otağında tələbələr dərs keçəcək və oradan birbaşa fermada gedən prosesləri əyani sürətdə izləyəcəklər. Həmçinin dərsin nəzəri hissəsindən sonra birbaşa fermanın içərisində heyvanların yemlənməsi, saxlanılması, onlara qarşı aparılan peyvəndləmə tədbirləri, müalicə profilaktika işlərində birbaşa iştirak edəcəklər”. 

Əlavə edək ki, son 2 il ərzində Azərbaycan Dövlət Aqrar Universitetinin bazasında dərslərin praktik əhəmiyyətini artırmaq üçün 3 min başlıq quşçuluq tədris mərkəzi, qapalı və açıq tipli balıq yetişdirmə laboratoriyası və arıçılıq tədris mərkəzi qurularaq tələbələrin ixtiyarına verilib.

Jalə Qurbanova