Bakının Nəsimi rayonunda, gecə klubunda kütləvi dava baş verib. Belə ki, Azadlıq prospektində yerləşən klublardan birində stolüstü "Mafia" oyunu keçirilib. Bu zaman şəxsiyyətləri hələlik məlum olmayan 10 nəfər içəri daxil olaraq oyun iştirakçıları ilə mübahisə edib. Mübahisə zamanı yaranmış əlbəyaxa dava nəticəsində klubun xidmətçisi və şəxsi heyəti ilə yanaşı, bir neçə müştəri də bıçaq xəsarətləri alıb. Yaralılar 60 yaşlı Rasim Məmmədov, 45 yaşlı Akif Həsənov, 21 yaşlı Lona Əhmədova, 31 yaşlı İlqar Ağaməmmədov, 27 yaşlı Orxan Məmmədov və 27 yaşlı Vəli Qəribəli xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Sözügedən klubda bir neçə il bundan öncə də silahlı insident qeydə alınıb. Faktla bağlı araşdırıma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 377