• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1310
— 24.04.2017 10:45

BMW M4 460 at gücündə oldu

BMW şirkəti Şanxay avtoşousunda ən güclü M4 modifikasiyasını – 460 at güclü CS-i sərgiləyib. Nəzəri baxımdan yenilik M4 Competition Package və M4 GTS modelləri arasındadır. Ancaq bütün GTS-lər satıldığından M4 CS-in onun yerini tutduğunu güman etmək olar. M4 Competition Package-ə gəldikdə, onun 3 litrlik tvin-turbosu 10 at gücü artıb. 7 pilləli robotlaşdırılmış sürət qutusu ilə birləşməklə motor kupeni ilk 100-ə 0,1 saniyə tez - 3,9 saniyəyə çatdırır. Maksimal sürət isə 280 km/saatla məhdudlaşır. Yeni maşın mexaniki sürət qutusu ilə olmayacaq. M4 CS Nürburqrinq dairəvi yolunu 7 dəqiqə 38 saniyəyə qət edib. Bu da “emdən” 14 saniyə daha sürətli göstəricidir. Müqayisə üçün qeyd edək ki, Hardkorlu M4 GTS bu məşhur yola 7 dəqiqə 27,88 saniyə sərf edib. Çəkisini fərqləndirəndə isə CS adidən 30 kiloqram yüngülləşərək 1580 kiloqram olub. Buna dam və kapotda plastik material tətbiq etməklə nail olublar. Eyni zamanda, yeniliyin qapılarının içəri tərəfi preslənmiş material qazanıb, adi qapı tutacaqlarının yerinə isə parça ilmə bərkidilib. Salonda həmçinin sadələşdirilmiş audiosistem və ikizonalının yerinə tək zonalı klimat-kontrol quraşdırılıb. M4 CS–in digər yeni avadanlıqları bunlardır: Xüsusi asma parametrləri, müvafiq olaraq öndə və arxada 19 və 20 düymlük yüngülləşdirilmiş disklər, eləcə də kuzovda yeni aerodinamik komponentlər. Almaniyada bu yeni “beemve”nin qiyməti 117 000 avrodur.

Cavanşir Məmmədzadə