Gəncədə döylümə faktı qeydə alınıb. Şəhər sakini 32 yaşlı Ramiz Əliyev və 42 yaşlı İlham Hüseynov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Həkimlər Ramiz Əliyevə tibbi yardım göstərdikdən sonra ambulator müalicəyə buraxıb. Digər taksi sürücüsü İlham Hüseynova isə ənsə nahiyyəsinin əzilmiş yarası, başın və bədənin müxtəlif nahiyyələrinin əzilmiş, sıyrılmış yaraları diaqnozu qoyulub. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Zabit Vəliyev- həkim: "Xəstələrdən birinin xəsarətləri yüngül olub. Sol təpə nahiyyəsinin yumşaq toxumalarının əzniyi, hər iki yuxarı ətrafın cızılmş yaraları aşkarlanıb. Xəstəyə ilkin yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib. Digər xəstənin xəsarəti daha ciddi idi. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra növbəti müayinə və müalicələr üçün şöbəyə yerləşdirilib".
Elnur Vahidoğlu
- Baxış: 1056