• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1323
— 22.04.2017 16:54

Şəhriyar Məmmədyarov qələbə ilə başladı

KepezTV Player

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat super turnirində ilk tur geridə qalıb.

Yarışın ilk oyunlarında Azərbaycan çşahmatçılarından Şəhriyar Məmmədyarov turnirin reytinq favoriti Uesli Soya qara fiqurlarla qalib gəlib. Teymur Rəcəbov ukraynalı Pavel Elyanovla görüşdə məğlub olub.

Digər görüşlərdə Veselin Topalov - Maykl Adamsla , Sergey Karyakin - Pentala Harikrişna, Rostislav Voytaşek isə keçmiş dünya çempionu Vladimir Kramnik ilə heç-heçə oynayıb.

Bu gün şahmatçılarımızdan Rəcəbov Kramniklə, Məmmədyarov isə Harikrişna ilə üz-üzə gələcək. Görüşlər saat 15:00-da başlayacaq.

Azad Rəfi