17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci nəticəni göstərib. Son oyunda Qazaxıstan komandası ilə qarşılaşan qızlarımız 2:0 hesabı ilə qələbə qazanıb.Komandamızın heyətində hər 2 qolu Lamiyə Qurbanova vurub.Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina komandasına 1:3 hesabı ilə məğlub olmuş, növbəti qarşılaşmada isə Monteneqro millisinə penaltilər seriyasında qələbə qazanıb.
Azad Rəfi
- Baxış: 294