Citroen şirkəti seriyalı yeni C5 Aircross krossoverini təqdim edib. Modelin əsas özəlliklərindən biri hər bir sərnişinin rahatlığına hesablanmış interyerdir. Yenilik 2015-ci ildə Aircross konspetinin kütləvi istehsal üçün nəzərdə tutulmuş versiyasıdır. Prototipdən ona optik dizayn və bir neçə kuzov elementləri miras qalıb. Ölçülərinə gəldikdə, maşının uzunluğu 4,5 metr, eni 1,84, hündürlüyü 1,67, təkər bazası isə 2,73 metrə çatır. 482 litr baqaja malik Citroen C5 Aircross “Sitroen”lər arasında ilk dəfə olaraq yeni mütərəqqi hidravlik yastıqlı asma əldə edib. İki turbinli amortizatorlarda quraşdırılan hidravklik stopperlər sıxıldıqda və buraxıldıqda qəzalardan yayınmağa imkan verir. Yollarda rast gəlinən iri quyularda hidravlik stopperlər maşını zədələnmədən qoruyur. C5 Aircross-un salonu naxışlı və iki rəngli oturacaqlar, massajlı ön oturacaq, panoram dam, 12,3 düymlük rəqəmsal alətlər paneli və 8 düymlük taçskrinli multimedia kompleksi ilə təmin olunub. C5 Aircross Çində oktyabr ayından satılmağa başlayacaq. Avropaya isə bir il sonra gəlib çıxacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 366