Yer günü ilə əlaqədar Google şirkəti Google Earth kartoqrafik servisinin yenilənmiş versiyasını hazırlayıb. Bir sıra dəyişikliklərə məruz qalan yeni versiya üzərində iki il iş aparılıb. Təzələnmiş servis istifadəçilərə 3D-rejimi işə salmağa və üç ölçülü xəritələri yüksəklikdən izləməyə, eləcə də müxtəlif yerlər haqqında informasiya toplamağa imkan verir. Proqramla hətta interaktiv ekskursiyalar təşkil etmək olar, alimlər, sənədli film istehsalçıları və digər ekspertlər isə bələdçi rolunu oynaya bilərlər. Hələlik istifadəçilərə 50 bu cür ekskursiya keçərlidir. Primatlar üzrə müətəxəssis Ceyn Qudol və onun komandası tərəfindən araşdırılan Tanzaniyadakı Qombe-Strim milli parkı da bu siyahıya aiddir. Yeni Earth-də “Mənim bəxtim gətirəcək” düyməsi peyda olub. Onu basmaqla servis istifadəçiyə İtaliyadakı opera binasından tutmuş Yaponiyadakı maraqlı məkanlara qədər təsadüfi yerləri göstərəcək. Hazırda yenilənmiş servis Chrome brauzerinin veb-versiyasında, həmçinin Androiddə əlçatandır. Ancaq qısa zamanda digər brauzer və platformalarda da keçərli olacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 354