"Dünya bir palitradır, biz isə onun rəngləri" adlı nümayişdə 10-20 yaş arası 13 nəfərin əl işləri təqdim edilib. Sərgidə ümumilikdə 40 əsər nümayiş olunub. Müxtəlif mövzuları əhatə edən əl işlərini ərsəyə gətirənlərə Baş Konsulluq tərəfindən təşəkkürnamələr təqdim edilib.
Orhan İşık- Türkiyənin Gəncədəki Baş konsulu: "Uşaqlar öz daxili dünyalarını, bu rəsmlər vasitəsi ilə bizə çatdırmağa çalışıblar. Bu əsərlərin burada sərgilənməsi mənim üçün çox xoşdur. Bu gün bu sərgidə Gəncənin qocaman rəssamları da iştirak edir.Gənc rəssamlar, öz əsərlərini nümayiş etdirməklə yanaşı, onlarla tanış olmaq, danışmaq imkanı da əldə ediblər. Bu onların gələcək fəaliyyətlərinə müsbət təsir edə bilər".
Şəhla Cəfərova- rəsm müəllimi: “10-20 yaş arası uşaqlarda bu cür qabiliyyət, bu cür istedad varsa, onların gələcəyi də parlaq olacaq. Azərbaycan üçün gözəl bir rəssam ordusu yetişir".
Gülnar Fazilqızı
- Baxış: 894