• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 957
— 21.04.2017 18:31

Ər arvadını bıçaqladı

KepezTV Player

Goranboyda ər arvadını bıçaqlayıb. Hadisə rayonun Nizami kəndində baş verib. 34 yaşlı Mahir Qurbanov ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Tünzalə Əhmədovaya çoxsaylı bıçaq xəsarəti yetirib. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan qadın dərhal cərrahiyyə blokuna götürülüb. Hadisəni törədən Mahir Qurbanov isə Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

 

Elton Cabbarlı