• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1211
— 21.04.2017 16:14

Qitənin ən nüfuzlu klub turnirinin yarımfinal cütləri bəlli olub

İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşk nəticəsində İspaniyanın "Real Madrid" və "Atletiko" klubları bir-birinə rəqib olub. Fransa "Monako"su isə İtaliya "Yuventus"u ilə üz-üzə gələcək. 

İlk oyunlar 2-3 mayda adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri isə 9-10 mayda olacaq. Final görüşü isə iyunun 3-də Uelsin paytaxtı Kardiffdə oynanılacaq.

 

 

Orxan Cəfərzadə