• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2378
— 21.04.2017 13:37

Bu gün UEFA Çempionlar Liqası və Avroliqanın yarımfinal mərhələsinin püşkatma mərasimi olacaq

Mərasimdə ilk olaraq qitənin ən nüfuzlu klub turnirinin yarımfinal cütlüklərinin kimliyinə aydınlıq gələcək. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Çempionlar Liqasında yarımfinalına “Real” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (İtaliya), və “Atletiko” (Madrid, İspaniya) komandaları yüksəliblər.

  
Püşk açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər. Yarımfinal mərhələsinin ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq.

Daha sonra eyni məkanda Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq. Burada da püşkatma açıq şəkildə reallaşacaq və bütün klublar bir-birilərinə rəqib ola bilərlər.


Avroliqanın yarımfinalında isə “Ayak” (Hollandiya), “Selta” (İspaniya), “Lion” (Fransa), və “Mançester Yunayted” (İngiltərə) komandaları finala  çıxmaq üçün mübarizə aparacaq.
 
Qeyd edək ki, Avroliqanın yarımfinalının ilk matçları mayın 4-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

 

Orxan Cəfərzadə