• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 21.04.2017 12:43

Avropa çempionatının ilk yarış günündə iki medal qazandıq

Polşanın paytaxtı Varşavada start götürən cüdo üzrə Avropa çempionatının ilk Azərbaycan millisi aktivinə iki medal yazdırıb. Açılış günü tatami üzərinə çıxan 4 cüdoçumuzdan ikisi – Orxan Səfərov və Nicat Şıxəlizadə mükafatçılar sırasında yer alıb.

Kişilər arasında 60 kq-da çıxış edən Orxan Səfərov 1/8 finalda qalib gəlsə də, növbəti görüşündə uduzub. Lakin rəqibin finala qədər irəliləməsi ona bürünc qazanmaq şansı yaradıb. Təsəlliverici və bürünc medal uğurunda mübarizələri üzüağ başa vuran Səfərov qitə yarışında üçüncü olub.

66 kq-da güləşən Nicat Şıxəlizadə isə yarımfinala qədər irəliləyib. Bu mərhələdə uduzan təmsilçimiz bürünc medal üçün yarışıb. Mükafat uğrunda həlledici qarşılaşmada qələbə qazanan Nicat da fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

 

Orxan Cəfərzadə