• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 21.04.2017 12:33

Gənc nişanlısının gözü qarşısında bıçaqlandı

KepezTV Player

Lənkəranda gənc nişanlısının gözü qarşısında bıçaqlanıb. Rayonun Nərimanabad qəsəbə sakini, 26 yaşlı Şahin Əliyev bir neçə bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, Şağlakücə kənd sakini Cavid Əlizadə Şahin Əliyevin yanında olan nişanlısına söz atıb. Nəticədə iki tərəf arasında mübahisə yaranıb və Cavid bıçağa əl atıb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı