• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 21.04.2017 10:01

Skoda kupe-krossoveri “Oktaviya” RS-dən sürətli alındı

Skoda şirkəti elektrik güc sisteminə malik Vision E konseptual kupe-krossoverini nümayiş etdirib. Şanxay avtosalonunda debüt edən prototip 230 at güclü Octavia RS-dən 8 saniyə daha sürətli alınıb və “yüzü” 6 saniyəyə yerinə yetirir. Model 4688 millimetr uzunluğa, 1924 millimetr enə, 1591 millimetr hündürlüyə və 2851 millimetr təkər bazasına yiyələnib. Belə vəziyyətdə elektrokarı Kodiaq və Superb modellərindən daha iri adlandırmaq olar. Konsept bir-birinə qarşı açılan qapılar, qapılar açılarkən çevrilən oturacaqlar, 5 ekran və dizaynı çex kristallarını xatırladan xüsusi işıq diodlu faralar əldə edib. Krossover ümumi gücü 306-ya çatan iki elektromotor və alt hissədə yerləşən mayeni soyutma sisteminə malik litium-ionlu akkumlyatorlar qazanıb. Maksimal sürət saatda 180 kilometrdir. Bir dəfəlik enerji yükləməklə maşın, təxminən 500 kilometr yol gedə bilir. Konsept avtopilot, güc sistemi batareyalarının induksiya ilə şarjı, avtomatik parkinq sistemi və sürücünü izləyən texnologiya ilə təmin olunub. Avtomobil sürücünün hətta ürək döyüntüsünü də qeydə almaq qabiliyyətindədir və bununla sahibini təhlükə barədə xəbərdar edir. Ekstremal vəziyyətlərdə, məsələn ürək tutması zamanı elektronik sistem idarəetməni öz əlinə alır, maşını kənarda saxlayır və xilasetmə xidmətini çağırır. “Şkoda”nın bu yeni kupe-krossoverinin seriyalı variantının 2020-ci ildə peyda olacağı gözlənilir.

 

Cavanşir Məmmədzadə