• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 757
— 21.04.2017 10:02

Robotlar bitkilərə də nəzarət edəcək

Müxtəlif ölkələrdən olan araşdırmaçılar kənd təsərrüfatına aid avtonomlu robotlar üzərində işləyirlər. Bu robotlar məhsul şəraitinin monitorinqini aparmaq üçün düzəldilib. Bu tip robotların bir çoxu təkərli olur, ancaq çatışmazlıqları da var. Məsələn, analoji robotlar hara isə ilişə bilər. Corciya Texnologiya İnstitutunun alimləri bu problemi aradan qaldırmaq üçün hərəkətə keçiblər və elə bir prototip hazırlayıblar ki, onun nə yerdə şütüməyə, nə də göydə uçmağa ehtiyacı var. Tarzan adını alan qurğu meymun kimi uzun “əlləri” ilə kəndir vasitəsilə yerini dəyişir. İdeyaya görə belə robot enişi daxili kameralarla izləyir. Görüntülər isə fermerin kompüterinə ötürülür. Tarzan günəş enerjisi ilə işləyir. Alimlər Tarzan robotunu yay aylarında soya sahələrində də sınaqdan keçirməyi planlaşdırırlar.

 

Cavanşir Məmmədzadə