Bakının Bayıl qəsəbəsində atışma olub. Hadisə gecə saatlarında Salyan şosesində, 5 mərtəbəli binanın yanında yerləşən avtoyuyucu məntəqəsində qeydə alınıb. Atışma nəticəsində 2 nəfər - Şamaxı rayon sakini 31 yaşlı Ələddin Bağırov və 17 yaşlı Firuddin İsmayılov xəsarət alıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. İlkin müayinələr zamanı məlum olub ki, Ələddin Bağırov aşağı ətraflarından güllə yarası alıb. Digər yaralı isə xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb.İlkin məlumata görə hadisəni törədən Soltan Turabov adlı şəxsdir. Hazırda polis əməkdaşları həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
- Baxış: 639