• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 20.04.2017 15:29

İmtahan verən şagirdlərin cavabları yoxlanılır

KepezTV Player

9-cu siniflər üçün buraxılış imtahanının 1-ci mərhələsində iştirak edən şagirdlərin, o cümlədən orta təhsil bazasında orta ixtisas təhsilli müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarının imtahan nəticələrinin yoxlanılmasına başlanılıb. Yoxlamalar DİM-in mərkəzi aparatı və regional bölmələrində həyata keçirilir. Azərbaycan dili və riyaziyyat fənnindən yazılı qaydada imtahan verən şagirdlərin cavabları markerlər tərəfindən nəzərdən keçirilir. Qeyd edim ki, əvvəlki illərdə TQDK tərəfindən aparılan monitorinq imtahanlarının nəticəsində DİM-in mərkəzi aparatı və regional bölmələrdə xüsusi treninqlər və yoxlamalardan keçən müəllimlərdən ibarət markerlər bazası yaradılıb. Şəffaflığı təmin etmək naminə paytaxtda keçirilən imtahan nəticələrinin yoxlanışı bölgədə fəaliyyət göstərən markerlər tərəfindən həyata keçirilir. Bir bölgənin imtahan nəticələri isə digər bölgədə yoxlanılır. Markerlər cavabların hansı şagirdə məxsus olduğunu bilmirlər. Bir sual iki müəllim tərəfindən yoxlanılır, əgər sualın yoxlanılması zamanı nəticələrdə uyğunsuzluq olarsa, bu vaxt həmin sual üçüncü markerə təqdim olunur. Bu halda üçüncü marker, əvvəlki iki müəllimin cavabından xəbərsiz olur.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “DİM-in Gəncə Regional bölməsində də bu prosesə başlanılıb. Gəncə Regional bölmənin bazasında 50-ə yaxın marker-müəllim var. Bu imtahan prosesinə xususi treninq və yoxlamalardan keçmiş 20 marker-müəllim cəlb olunub”.

Gülnar Fazilqızı