• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2336
— 20.04.2017 12:34

Şəmkirə yeni prokuror təyin olunub

Baş prokuror Zakir Qaralovun əmri ilə Tərtər rayon prokuroru Azər Abuzər oğlu Hətəmov vəzifəsindən azad olunub. Baş prokurorun digər əmri ilə Azər Hətəmov Şəmkir rayon prokuroru təyin edilib. Şəmkirin sabiq prokuroru Allahverdi Novruzov isə ötən ilin fevralında Masallı rayonuna təyinat alıb. Bir ildən çox idi ki, Şəmkir rayon prokurorunun vəzifələrini müavin İlham Səlimov icra edirdi. 

Natiq Hüseyn