İlk yarış günündə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxacaq.
Kişilərin yarışında Orxan Səfərov (60 kq) 1/8 finalda Matyaj Trboviç (Sloveniya) / Morits Plafki (Almaniya) cütünün qalibi üz-üzə gələcək. Mübarizəyə 1/16 finaldan başlayacaq Nicat Şıxəlizadə isə Manuel Şeybellə (Almaniya) qarşılaşacaq.
Azərbaycanın qadın güləşçiləri də mübarizəyə 1/16 finaldan qoşulacaqlar. Aişə Qurbanlı (48 kq) Gülkader Şentürklə (Türkiyə), Nəzakət Əzizova (52 kq) isə Reka Puppla qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan yığması 4 gün davam edəcək Avropa çempionatına 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Aprelin 21-də Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq), aprelin 22-də isə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100) tatami mübarizəyə qoşulacaq. Bundan başqa, Azərbaycan cüdoçularının komanda yarışlarında iştirakı da nəzərdə tutulub. Avropa çempionatında 41 ölkədən 369 idmançı (226 kişi, 143 qadın) mübarizə aparacaq.
Orxan Cəfərzadə
- Baxış: 294