Bu, 1/4 final mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq. Azərbaycan futbolsevərləri üçün böyük maraq kəsb edən qarşılaşma İstanbulda keçiriləcək. Fransada “Lion”a 1:2 hesabı ilə uduzan “Beşiktaş” doğma azarkeşlər önündə lazımi hesabla qalib gəlib, tarixində ilk dəfə avrokubokda yarımfinala vəsiqə qazanmağa çalışacaq.
Günün digər görüşləri də gərgin mübarizə vəd edir. Belçikada “Anderlext”lə 1:1 hesablı heç-heçə edən “Mançester Yunayted” rəqibi ilə müqayisədə yarımfinala daha yaxındır. Digər iki cütlük barəsində isə eyni sözü söyləmək olmaz. “Ayaks” Hollandiyada “Şalke”ni 2 cavabsız qolla məğlub etsə də, Almaniyada bu üstünlüyü əldən verməsi mümkündür. Evdə “Genk”ə 3:2 hesabı ilə qalib gələn “Selta”nı da Belçikada çətin sınaq gözləyir.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
20 aprel
23:05. “Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa)
Baş hakim: Milorad Maziç (Serbiya)
İstanbul. “Vodafon Arena”
İlk oyun – 1:2
23:05. “Genk” (Belçika) – “Selta” (İspaniya)
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Genk. “Luminus Arena”
İlk oyun – 2:3
23:05. “Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Mançester. “Old Trafford” stadionu
İlk oyun – 1:1
23:05. “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya)
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Gelzenkirhen. “Veltins Arena”
İlk oyun – 0:2
Orxan Cəfərzadə
- Baxış: 280