• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2419
— 20.04.2017 12:15

“Yuventus” və “Monako” yarımfinala vəsiqə qazandı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Son oyun günündə də iki görüş keçirilib.

Turində “Yuventus”a böyük hesabla uduzan “Barselona” “Nou Kamp”da bu məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, oyun qolsuz bərabərliklə nəticələnib. Belədə yarımfinala "Yuventus" yüksəlib. 

Fransa “Monako”su ilə Dortmund “Borussiya”sının yer aldığı cütdə ilk görüşdə qələbə qazanan tərəfin yarımfinala vəsiqə qazanması ilə əlamətdar olub. Cavab görüşündə də "Monako" qələbəni bayram edib və növbəti mərhələyə yüksəlib.

UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

19 aprel

“Barselona” - “Yuventus” - 0:0

 İlk oyun - 0:3.

“Monako” - “Borussiya” (Dortmund) - 3:1

Qollar: Mbappe, 3 (1:0). Falkao, 17 (2:0). Roys, 48 (2:1). Jermen, 81 (3:1). İlk oyun - 3:2.

Azad Rəfi