Mercedes-Benz istehsalçıları Şanxay motorşousunda Concept A Sedan adlı prototip təqdim ediblər. Alman markasının gələcək modelləri məhz belə olacaq. Maşının uzunluğu 4569 millimetr, eni 1869, hündürlüyü isə 1463 millimetrdir. Mercedesin gələcək yığcam avtomobilləri daha “əzələli”, qısa çıxıntılı və iri radiator barmaqlığına sahib olacaq. O, hələlik şou-kar olduğundan güc sistemi barədə danışmaq tezdir.
Cavanşir Məmmədzadə
- Baxış: 380