Bir çoxlarını maraqlandıran sual ondan ibarətdir ki, Galaxy S8 də Galaxy Note 7 kimi partlayacaqmı? Bunu öyrənmək üçün What’s İnside və JerryRigEverything adlı YouTube kanallarının müəllifləri maraqlı bir video hazırlayıblar. Öncə Galaxy S8-i hissələrə ayırıb iti elektrik alət ilə onu mişarlayıblar. Bir neçə saniyədən sonra smartfonun batareya hissəsindən tüstü çıxmağa başlayıb və partlama qorxusu ucbatından hamı smartfondan uzaqlaşıb. Beləliklə demək olar ki, Galaxy S8-in batareyası kənar müdaxilələrə qarşı çox dözümlüdür. Lakin bu o anlama gəlmir ki, batareya tamamilə təhlükəsizdir. Görünür Samsung şirkəti batareyanın üzərində yaxşı çalışıb. Ancaq şirkətə inamını itirmiş pərəstişkarları yenidən qazanmaq üçün bu kifayət edəcəkmi? Zaman göstərəcək…
Cavanşir Məmmədzadə
- Baxış: 389