• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 19.04.2017 19:46

Ailəni qarabaqara izləyən kabus bitəcəkmi?

KepezTV Player

Onlar başlarına gələnin kimin və ya kimlərin əl işi olmasından da xəbərsizdirlər, səbəbindən də..., amma yaşadıqları real həyatdır, yuxu deyil. Goranboylu ailəni qarabaqara izləyən kabus bitəcəkmi? Bu da hər şey kimi müəmmadır.. İndi söhbətin nədən getdiyini anlayacaqsınız.

Müəmmalı hadisə Goranboyun Boluslu kəndində yaşanıb. Hüseynovlar ailəsini qaralayan naməlum şəxs və ya şəxslər elə ailə üzvləri evdə olarkən hər kəsi qorxuya salırlar. Ya həyəti daşlamaqla, ya qanqaraldıcı məktublarla, ya ota alov vurmaqla, ya da ki, buna bənzər xoş olmayan işarələrlə. Hadisələrin sujet xətti hədəfin ailənin gəlini olduğunu deməyə əsas verir. Ev sahibləri də bunu təsdiqləyirlər.

Şamama Hüseynova -ev sahibəsi: “Gəlin pilləkəndən aşağı düşəndə daş başımıza yağır. O gün qonşunun gəlini ilə oturmuşduq, gəlinim hovuzdan su götürmək üçün düşən an daş o tərəfdən bura atıldı. Gəlsinlər, görsünlər bu daş haradan gəlir. Bu kimdirsə işi gəlinlə, Turalladır. Arzuman ailəni dağıdacam, Arzuman qoymayacam sizi xoşbəxt olmağa yazırlar. Nə səbəbə? Ən adlı-sanlı ailəyik biz”.

Məsələnin daha bir tərəfi bundadır ki, Hüseynovlar ailəsi həyəcanlı anları sadəcə evdə olanda yaşamırlar, kabus onları qarabaqara izləyir.

Şamama Hüseynova- ev sahibəsi: “Gəlinim hamilədir. Niyə bu zülmü çəkirik. Heç bir yerə gedə bilmirik. Səfikürdə, bacımgilə getdik, gəldilər daşladılar, atam evinə getdim, oranı daşladılar. Gəlinim atası evinə getdi, üçüncü gün gəlib, oranı daşladılar”.

Kimlikləri bəlli olmayan şəxslərin törətdikləri ən son əməl isə yanğın olub.

Vüqar Hüseynov -ev sahibi: “Gördüm, gəlin deyir ki, əmi taya yanır. Arxadan alt tərəfdən odu vurub, qaçıblar. Bir təhər söndürdük. 60 taya yandı. Çəpərimi yandırdılar. Evimdəki pərdəni yandırdılar. Gəlin qışqırdı ki, ev yanır”.

 Hər saatı səksəkədə keçən ailəni bu an narahat edən evdəki azyaşlının səhhəti və yaxınlarda dünyaya göz açacaq körpənin sağlığıdır. Baş verən hadisə ilə bağlı Goranboy Rayon Polis şöbəsinə məlumat verilib. Əməkdaşlar əraziyə baxış keçirib. Hazırda araşdırmalar davam etdirilir.
 

Natiq Hüseyn