• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 19.04.2017 15:09

Samuxda yeni heyvandarlıq kompleksləri yaradılır

KepezTV Player

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə gətirilən 70 baş damazlıq heyvan Samuxlu fermerə lizinq yolu ilə satılıb. Həmin cins mallar hazırda Qiyaslı kəndində müasir kompleksdə bəslənilir. Bu günədək rayonun fermerləri tərəfindən 5 min baş damazlıq heyvan alınıb. Hazırda onların baş sayı 10 mini ötüb. Samux Rayon Baytarlıq İdarəsinin həkimləri həm xaricdən gətirilən damazlıq heyvanları, həm də yerli mal-qaranı mütəmadi olaraq nəzarətdə saxlayır. Heyvanlardan müayinə məqsədiylə qan nümunələri götürülür, dabaq əleyhinə peyvəndləmə aparırlar. Rayonda 24 min iri buynuzlu, 167 min baş xırda davar bəslənilir.

Mürvət Bağırov- Samux Rayon Baytarlıq İdarəsinin rəisi: “Bu günədək Samux rayonunda damazlıq heyvanların bəsləndiyi 3 təsərrüfat vardır. Hal-hazırda 4-cü təsərrüfat vardır. 2014-cü ildə gətirilən cins malların bəsləndiyi Bozdağ təsərrüfatında 300 baş düyələr doğulub ki, onlar may ayında ətraf rayonların fermerlərinə satılacaq. Rayonda epizootik durum sabitdir. Heyvanlar arasında heç bir yolxucu xəstəlik müşahidə olunmur”.

   

Natiq Hüseyn