• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1495
— 19.04.2017 13:37

Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyun cədvəli müəyyənləşib

Tura aprelin 23-də Qəbələdə start veriləcək. Saat 15:00-da eyniadlı komanda "İnter"i qəbul edəcək. Bu görüşdə gümüş və bürünc medalların taleyi həll olunacaq. 

Avropa Liqasına sonuncu vəsiqənin taleyini həll edə biləcək qalan 3 oyun isə həmin  gün saat 17:00-da başlanacaq. Bu qarşılaşmalarda AZAL “Kəpəz”i, “Zirə” “Neftçi”ni,  “Qarabağ” “Sumqayıt”ı sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası

27-ci tur

23 aprel (bazar)

15:00. “Qəbələ” – “İnter”

Qəbələ şəhər stadionu

17:00. AZAL – “Kəpəz”

“AZAL Arena”

17:00. “Zirə” – “Neftçi”

Zirə Olimpiya İdman Kompleksinin stadionu

17:00. “Qarabağ” – “Sumqayıt”

“Azersun Arena”.

 

 

Orxan Cəfərzadə