• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1242
— 19.04.2017 12:26

Cocuq Mərcanlıda mina təmizləmə işləri davam etdirilir

KepezTV Player

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində gün ərzində 1 456 ədəd qəlpə, 20 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı və 1 ədəd TM-57 minasının gücləndiricisi aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları nəticə etibarilə 45 236 kvadratmetr ərazini yoxlayıblar. 60 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Ümumilikdə 1 935 360 kvadratmetr ərazi mexaniki üsulla, müxtəlif cihazlar və minaaxtaran itlər vasitəsilə yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

Zülfiyyyə Telmanqızı