• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2226
— 19.04.2017 12:57

Ağır yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Qəza yenə gəlirəm demədi. Yollar qan gölünə döndü. Ağır yol-nəqliyyat hadisələri ölüm və xəsarətlə nəticələndi.

Qazax şəhərində Azadlıq küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçəsinin kəsişməsində ağır yol qəzası baş verib. Atamoğlan Cəfərsoyun idarə etdiyi "Mitsubishi" markalı avtomobil girişi qadağan olan küçə ilə yüksək sürətlə hərəkətdə olarkən, beton dirəyin üzərindən aşıb və üzü Heydər Əliyev Prospekti istiqamətində hərəkətsiz dayanan OPEL markalı maşına çırpılıb. Qəza nəticəsində vurulan avtomobildə olan sürücü, sərnişinlər - Ağköynək kənd sakini 63 yaşlı Rəna Xasməmmədova və 2 yaşlı Elmir İsmayılov müxtəlif xəsarətlərlə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Sürücünün həyat yoldaşı 25 yaşlı Səadət İsmayılova isə hadisə yerində dünyasını dəyişib. Ucar-Zərdab yolunun Ucarın Qazyan kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Mercedes” markalı avtomobillə “VAZ 21011” markalı avtomobil toqquşub. Nəticədə “VAZ”da olanlardan Zərdab rayon sakini, 33 yaşlı Adışirin Sadıqov hadisə yerində ölüb. O, Zərdab Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur.Ucar rayonunun Qazyan kənd sakini, 60 yaşlı Nizami Manafov və Zərdab rayon sakini, 51 yaşlı Cavanşir Mürşüdov isə xəsarət alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Bakı-Qazax yolunun 198-ci km-də, Ucar rayonu Müsüslü kəndində ağır yol qəzası baş verib. Bakıdan Gəncəyə hərəkət edən “Mercedes Vita” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsində olan şərnişinlər - Gəncə şəhərində məskunlaşmış Kəlbəcərli məcburi köçkünlər, 44 yaşlı Aybəniz Musayeva, 49 yaşlı İlqar Abbasov, 46 yaşlı Vidadi Abbasov, 50 yaşlı Fərrux Abbasov, 65 yaşlı Osman Həsənov və Göygöl rayon sakini, 54 yaşlı Rəbiyə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktlarla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı