• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1879
— 19.04.2017 12:04

Gömrükdə aksiz markasız siqaretlər aşkarlanıb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5600 ədəd siqaret aşkar edilib.Postun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan daha bir Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki sərnişinin çantasından gömrük orqanına bəyan edilməyən ümumilikdə 23 ədəd müxtəlif markalı mobil telefonlar aşkar edilib.Faktlarla bağlı araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı