• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1736
— 19.04.2017 12:09

Evinin həyətindən yenə də silah-sursat çıxdı

Hadisənin aprelin 14-ə olan buraxılışında paytaxtın Sabunçu RPİ 42-ci PB əməkdaşları tərəfindən Nardaran qəsəbəsində yaşayan Əliəsgər Cabbarovun evinin həyətində istifadə olunmayan tikilidən 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli “Karabin” markalı tüfəng, "RQD”-5 əl qumbarası və AK 74 avtomatına məxsus süngü bıçağının aşkar olunaraq götürüldüyü və şəxsin saxlanıldığı barədə xəbər vermişdik. Polisin faktla bağlı araşdırmaları yeni məqamları da gün üzünə çıxarıb. Bu dəfə adıçəkilən şəxsin evinin həyətindəki su quyusundan nömrəsi silinmiş "Makarov" markalı tapança, lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd "F-1" qumbarasının alışqanı, 151 ədəd avtomat patronu, 7 ədəd giliz, 1 ədəd beşbarmaq, kustar üsulla hazırlanmış 6 ədəd bıçaq, 1 qılınc, 1 ədəd bıçaq qabı aşkar edilərək, götürülüb. Tapılan silah-sursat müayinə edilməsi üçün Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib. Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı