• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2075
— 19.04.2017 12:24

Oğurluqla məşğul olanlar polisə yaxalandılar

KepezTV Player

Tamah elə bir bəladır ki, əsiri olsan, başına açmadığı oyun qalmaz. İndi təqdim edəcəyimiz süjetin "qəhrəman"ları da asan yolla pul qazanmaq sevdasına düşənlərdir. Məsələnin daha bir təəssüf doğuran məqamı isə gəncin öz qara əməlinə yeniyetməni də cəlb etməsidir. Daha bir hadisədə isə qadınlar mağazaya alıcı kimi girib, oğru kimi çıxırlar. Təfərrüatlardan hər şeyi daha dəqiq biləcəksiniz.

Şirvan sakinlərinin polis şöbəsinə müraciəti əsasında şəhər ərazisindən silsilə oğurluqlar törədən iki nəfər saxlanılıb. Cinayət əməlini törədənlərin Şirvan sakini 27 yaşlı İlham Dəmirov və onun yeniyetmə qohumu olduğu aydınlaşıb.

Polis oğurlanan əşyaları maddi sübut kimi götürüb. Saxlanılan şəxslər dindirilərkən törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi açılıb, hər iki şəxsin başqa oğurluq hadisələrində əllərinin olub-olmaması istintaq tərəfindən araşdırılır. Bakıda Ticarət Mərkəzində yerləşən məişət avadanlıqları satılan mağazada da oğurluq baş verib. Hadisə anbaan kameralara düşüb. Görüntülərdən aydın olur ki, obyektə daxil olan iki qadın əvvəlcə qablara alıcı kimi baxırlar. Daha sonra qadınlardan biri satıcının diqqətini yayındırır. Digəri isə qabları gizlincə çantasına qoyur. Bununla kifayətlənməyən qadın özü ilə gətirdiyi sellofan torbanın içərisinə daha bir qab yerləşdirir. Sonra isə heç nə olmamış kimi dükanı tərk edirlər. Artıq mağaza sahibi polisə müraciət edib. Faktla əlaqədar araşdırmalara başlanılıb.
 

Zülfiyyə Telmanqızı