• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1501
— 19.04.2017 12:21

Binada yanğın baş verib, sakinlər təxliyə olunub

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m2 sahədə yanaraq sıradan çıxıb. Hadisə zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də tamamilə söndürülüb. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı