• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 19.04.2017 11:31

Gəncədə 2017-ci ilin I rübünün hesabatı verildi

KepezTV Player

Bu il ərzində Gəncədə 10-a yaxın müxtəlif təyinatlı obyektin istifadəyə verilməsi, 10 mərkəzi küçənin asfaltlanması plandadır. Şəhərin elektrik enerjisi və mavi yanacaqla təminatını yaxşılaşdırmaq məqsədi ilə 3 yarımstansiya yenidən qurulacaq, 24 minə yaxın istismar müddətini başa vuran qaz sayğacı dəyişdiriləcək. Bunlar haqqında Gəncə şəhər İcra Hakimiyyətində, 2017-ci ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında danışılıb. Gəncənin mövcud sənayə potensialından maksimum istifadə də gündəmdə olub. Hazırda fəaliyyəti müəyyən səbəblərdən dayandırılan sənaye obyektlərinin işə salınması, iş adamlarına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə dəstəyin göstərilməsi, hazırda Gəncədə istehsal olunan sənaye məhsullarının sərgisinin təşkili hesabat yığıncağında müzakirə edilən əsas mövzulardan olub.

 

Gülnar Fazilqızı