Keçiriləcək 2 oyunla yarımfinalçıların tam siyahısı məlum olacaq. Əsas diqqətlər “Nou Kamp”a yönələcək. “Barselona” öz meydanında “Yuventus”dan ilk görüşdə alınan 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Kataloniya klubunun PSJ ilə matçda olduğu kimi sensasiyaya gücünün çatıb-çatmayacağı böyük maraq doğurur.
“Monako” isə “Borussiya” ilə matçda sərfəli nəticəni qorumağa çalışacaq. İlk görüşdə 3:2 hesabı ilə qalib gələn “Knyazlıq klubu”nu yarımfinala yüksəlmək üçün cavab görüşündə 0:1, 1:2 hesablı yenilgi də qane edəcək.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
19 aprel
22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya)
İlk oyun - 0:3
22:45. “Monako” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun - 3:2
Orxan Cəfərzadə
- Baxış: 279