• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 19.04.2017 11:26

UEFA Çempionlar Liqasında ilk iki yarımfinalçının adına aydınlıq gəlib

1/4 final mərhələsinin ilk cavab görüşlərinin ən diqqəçəkəni İspaniya oynanılıb. Priney yarımadasında Real Bavariyanı sınağa çəkib. 6 qol və 1 qırmızı vərəqənin qeydə alındığı qarşılaşmada sevinən tərəf kral klubu olub. Oyundakı bütün qollar fasilədən sonraya təsadüf edib. 53-cü dəqiqədə qayda pozuntusuna görə təyin olunan penaltini qola çevirən Robert Levandovski almanları önə keçirib. 76-cı dəqiqədə tablodakı rəqəmlər eyniləşib. Kriştiano Ronaldo başıyla fərqlənərək hesabı bərabərləşdirib. Çox keçməmiş madridlilər daha bir qol vurub. Amma bu dəfə rəqib qapısına yox, öz qapılarına. Serxio Ramos avtoqola imza ataraq komandasını məğlub duruma salıb. 84-cü dəqiqədə Bavariya azlıqda qalıb. Topa oynasa da, epizodu yalnız dəyərləndirən referi qırmızı vərəqə ilə Arturo Vidalı meydandan qovub. Buna baxmayaraq, münhenlilər sonadək qələbə hesabını qoruya biliblər. Beləliklə iki oyunun nəticəsinə görə 3:3 hesablı bərəbərlik qeydə alındığında əlavə hissələrə ehtiyac duyulub. Burada 105 və 110-cu dəqiqələrdə Ronaldo diqqətləri üzərinə çəkərək het-trik etməklə hesabı qalaktikosun xeyrinə dəyişib. Yeri gəlmişkən portuqaliyalı əlavə vaxtda ilk qolunu oyundan kənar vəziyyətdən vurub.  112-ci dəqiqədə ispanlar daha bir qola imza atıblar. Marko Asensio görüşdə sonuncu dəqiq zərbənin müəllifi olmaqla yekun hesabı təyin edib. 4:2 Realın qələbəsi. Bununla da ümumi hesabda Bavariyanı 3 top qabaqlayan qalaktikos yarımfinala adlayıb.

Madridin digər təmsilçisi “Atletiko” isə səfərdə “Lester”lə üz-üzə gəlib. İngiltərə çempionu ilk oyundakı minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, bunu bacarmayıb. 26-cı dəqiqədə qonaqlardan Saul Nigez sükutu pozub. 61-ci dəqiqədə Ceym Vardi fərqlənərək tülküləri ümidləndirsə də, yekunda oyun 1:1 hesablı sülhlə başa çatıb. Belədə ilk görüşdə ispanların vurduğu 1 qol onları yarımfinala daşıyıb.  

 

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

 

“Real” (İspaniya) – “Bavariya” (Almaniya) - 4:2 (əlavə vaxtda)

Qollar: Ronaldo, 76, 105, 110 (əlavə vaxtda), Asensio, 112 (əlavə vaxtda) - Levandovski, 53 (pen.), Serxio Ramos, 78 (öz qapısına)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

İlk oyun - 2:1

 

“Lester” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:1

Qollar: Vardi, 61 - Nigez, 26

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun – 0:1

 

 

 

Orxan Cəfərzadə