• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 18.04.2017 15:57

Gəncədə Azərbaycanda ifadə azadlığı və şəxsi həyata hörmət mövzusunda təlimlər keçirilib

KepezTV Player

 Avropa Şurası və Avropa İttifaqının birgə layihəsi olaraq Gəncədə Azərbaycanda ifadə azadlığı və şəxsi həyata hörmət mövzusunda təlimlər keçirilib. Media nümayəndələrini və Qeyri- Hökümət Təşkilatlarının qatıldığı tədbirdə informasiya əldə etmək hüquqları, jurnalist etikası, daxili məhkəmələrə müraciət forması kimi mühüm amillər ətrafında dinləmələr aparılıb. Mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimlərdə Azərbaycanın tərəfdar çıxdığı Avropa Konvensiyaları, insan azadlığı, şəxsi həyata hörmət, ifadə azadlığı kimi məqamlar ətrafında müzakirələr aparılır. Təlim iştirakçılarının bu mövzu ilə bağlı sualları təlimçilər tərəfindən cavablandırılıb.

Pərvanə Bayramova- layihənini rəhbəri: “Ümumilikdə keçirdiyimiz təlimlərə əsaslanaraq deyə bilərəm ki, jurnalistlərin, media nümayəndələrinin bu sahədə Avropa standartları bilgiləri o qədər də çox deyil. Məhz buna görə, biz bu təlimləri keçiririk, maarifləndirmə işləri aparırıq ki, təlimlərdə qeyd olunanlar haqqında mediamız xəbərdar olsun”.

Xaliq Qurbanlı