Portuqaliyanın "Boavişta" klubu futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə yollarını ayırıb. Bu haqda klubun sosial şəbəkə səhifəsində məlumat yerləşdirilib. Məlumatda qeyd edilib ki, Kamranla mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə pozulub. Klub 31 yaşlı qolkiperə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Kamran Ağayev priney kollektivinə bu mövsümünün əvvəlində azad agent kimi keçmişdi.
Orxan Cəfərzadə
- Baxış: 292