• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2355
— 18.04.2017 15:54

Cüdoçular şəhidləri yad edəcək

Bakıda Aprel döyüşlərində həlak olmuş polkovnik-leytenant Raquf Orucov və digər şəhidlərin xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turniri keçiriləcək. “Raquf Orucov Kuboku” adlandırılan bu turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran və Gürcüstanın 21 yaşınadək oğlan və qızlardan ibarət komandaları iştirak edəcək. Yarış aprelin 20-də Bakı Əl Oyunları İdman Sarayında start götürəcək.

Orxan Cəfərzadə