• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2419
— 18.04.2017 15:53

Latviyanın paytaxtı Riqada qadınların şəxsi Avropa çempionatında yeddinci turun görüşləri arxada qalıb

9 təmsilçimizdən 3-ü turu qələbə, 3-ü heç-heçə, 3-isə məğlubiyyətlə başa vurub. Qələbə Gülnar Məmmədova, Türkan Məmmədyarova və Nərmin Məmmədovadan gəlib. Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla və Zeynəb Məmmədyarova rəqibləri ilə xalları yarı bölüb. Günay Məmmədzadə, Xanım Balacayeva və Gövhər Beydullayeva isə məğlubiyyətlə üzləşib. Bu turdan sonra komandamızın heyətində ən yaxşı nəticə Ülviyyə Fətəliyevaya məxsusdu. O, 4.5 xalla 20-ci sırada qərarlaşır.

Orxan Cəfərzadə