• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 18.04.2017 15:44

Gəncə Qarnizonunun Hərbi Orkestri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə konsert verib

KepezTV Player

Respublikanın Əməkdar artisti, polkovnik-leytenant Rafiq Hacıyevin rəhbərliyi altında çıxış edən orkestr vətənpərvər mahnıları və musiqi nömrələri ilə şagirdlərdə xoş ovqat yaradıb. Orkestrin incəsənət ustaları Azərbaycanın tanınmış bəstəkarlarının qələmə aldığı mahnıları da ifa ediblər. Tədbirdə orta məktəbin şagirdləri də çıxış ediblər. Onlar orkestrin səsləndirdiyi musiqilərin sədaları altında addımlayır, Azərbaycan, Vətən mövzularında şeirlər səsləndiriblər.

Səfər Hüseynov- 39 nömrəli tam orta məktəbin hərbi rəhbəri: "Bizim məktəbin 10-cu sinifləri təşəbbüs göstərərək, Novruz bayramında sonuncu çərşənbəni N saylı hərbi hissənin əsgərləri ilə birlikdə qeyd etmişdilər. İndi isə hərbi hissə belə bir təşəbbüslə çıxış edir. Hərbi orkestr bizim uşaqlar üçün proqram hazırlayıb. Bu təbii ki, xoşagələn bir haldır. Bu bir daha göstərir ki, xalqla ordu həmrəydir".

Gülnar Fazilqızı