Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının növbəti seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Çıxış edənlər ölkəmizin inkişafında Yeni Azərbaycan Partiyasının yaradıcısı və memarı ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışıblar. Ümummilli liderin layiqli davamçısı prezident İlham Əliyev də dahi şəxsiyyətin siyasi kursunu uğurla davam edtirir. Bunun bariz nümunəsidir ki, xalqın Yeni Azərbaycan Partiyasına inamı ilbəil artır. 1993-cü ildə yaradılan Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı o vaxtlar 7 kənddə 200 üzvlə birləşdiyi halda indi ərazi ilk partiya təşkilatlarının sayı 82-yə, üzvlər isə 5328-ə çatıb. Partiya fəallarından 1692 nəfəri son beş ildə qəbul olunanlardır. Hazırda YAP üzvlərinin 31,9 faizini gənclər, 57,1 faizini isə qadınlar təşkil edir. Konfransda partiyanın rayon təşkilatına yeni üzv və sədr seçilib. Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
Natiq Hüseyn
- Baxış: 679