• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 18.04.2017 13:03

Gəncədə eyvan uçdu, qadın yaralandı

KepezTV Player

Gəncədə bədbəxt hadisə yaşanıb. Şəhərin Nəriman Nərimanov prospektində 3 mərtəbəli binanın ikinci mərtəbəsinin eyvanı uçub. Hadisə bina 35, mənzil 26 ünvanında kirayədə yaşayan Reyhan adlı, təxminən 30 yaşlı qadının paltar sərdiyi zaman baş verib. Nəticədə qadın xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Elton Cabbarlı