Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının əşyaları və gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb. Vətəndaş saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Təkrar yoxlama zamanı vətəndaşın gödəkçəsinin və çexolun içərisində olan plaşının ciblərindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 180 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 18.000 ABŞ dolları aşkar edilib.
- Baxış: 585