• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 18.04.2017 12:04

Şəkidə mis oğruları yaxalandılar

KepezTV Player

Şəkidə silsilə oğurluq törədən şəxslər yaxalanıb. İki dost əlbir olub qazan oğurluğuna çıxıb. Amma oğurladıqlarının əvəzini görməməmiş polisə yaxalanıblar.
Şəkinin Baş Laysqı kənd sakinləri 28 yaşlı Elvin Cəbiyev və tanışı 20 yaşlı Elvin Əbdürəhimov 4 evdə soyğun törədiblər. Onlar həmkəndliləri Fikrət İbrahimov, Bəhram İbrahimov, Cahangir Həmidov və Kamandar Mustafayevin evlərindən ümumilikdə 7 ədəd samovar, 7 ədəd mis qazan, mis naqil və 1 ədəd güyüm oğurlayıblar. Oğurladıqları əşyaları dəmir qəbul edən məntəqələrdə əldən çıxarıblar. Aparılan istintaq nəticəsində hər iki şəxsi də yaxalamaq mümkün olub. Elvin Cəbiyev və Elvin Əbdürəhimov dindirilmə zamanı törətdikləri əməldən peşman olduqlarını bildiriblər.Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı